Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da təmsil olunub. Tədbir çərçivəsində noyabrın 20-də baş tutan “Nəqliyyat günü”nə töhfə verən ABADA Azərbaycan daşıyıcılarının əldə etdiyi uğurları diqqətə çatdırıb.
Tədbirdə ABADA -nın Baş katibi Kənan Qurbanov iştirak edib.