ABADA Azərbaycanı mötəbər tədbirdə təmsil edib

22 Noyabr 2024 - 14:30

   Cenevrədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının(İRU) Baş Assambleyasının və BMT-nin Avropa İqtisadi Komissiyasının Gömrük Məsələləri Komitəsinin növbəti iclası keçirilib. Noyabrın 7-də baş tutan tədbir iki gün davam edib. Tədbirdə əsasən artan yük axınlarının səmərəli şəkildə idarə edilməsi, BYD kitabçalarının tətbiqi ilə daşınan yüklərin həcminin artırılması, məlumat mübadiləsinin genişləndirilməsi, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

   İclasda ölkəni Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA)  Baş katibi Kənan Qurbanov təmsil edib.