Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ölkədə keçiriləcək mötəbər beynəlxalq tədbir, COP29 ilə bağlı Dəyirmi Masada iştirak edib. Heydər Əliyev Mərkəzində “Sıfır Emissiya ilə Daşıma,Yük Logistikası və Nəqliyyat” mövzusunda keçirilən Dəyirmi Masada əlaqədar nazirlik və qurumların rəhbər şəxsləri çıxışlar edib.
ABADA-nı tədbirdə təşkilatın Prezidenti cənab Həbib Həsənov təmsil edib.