Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığı genişləndirir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Tovuz Regional İdarəsinin əməkdaşları və ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq avtomobil daşıyıcılarının onlayn görüşu keçirilib.
Görüşdə Gömrük xidmətlərinin bir məkandan çıxış imkanı - " ÖZÜNET" və" ARAS"- Avtomatlaşdırılmış Risk Analiz Sistemi layihələrinin təqdimatı baş tutub. Həmçinin görüşdə daşıyıcıların çətinlikləri, keçid zamanı yaşanan problemlər və digər məsələlər müzakirə olunub.
ABADA-nı qurumun Baş Katibi Kənan Qurbanov və müavini Hidayət Aslanov təmsil edib.