ABADA xarici əlaqələrə xüsusi önəm verir

27 Aprel 2024 - 14:57

            Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Litva Respublikasının "LİNAVA" nəqliyyat Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə ABADA-nın Baş Katibi Kənan Qurbanov, Baş Katibin müavini Hidayət Aslanov, İdarə Heyətinin üzvləri Rasim Binyətov, Rövşən İsgəndərli,Əfqan Həmidov və "Elvin- R" şirkətinin rəhbəri Elvin Binyətov iştirak edib.

Tərəflər iki ölkə arasında avtomobil daşımalarının vəziyyəti, problemlər, inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.