İRU Gömrük məsələləri üzrə Komitəsinin növbəti iclası

16 Mart 2024 - 11:01

 Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Gömrük məsələləri üzrə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda BYD kitabçasının rəqəmsallaşdırılması, “T” təminat sənədinin rəsmiləşdirilməsi layihəsi, e-CMR sənədinin tətbiq olunması, BYD kitabçalarının qaytarılmasının vəziyyəti, Avrasiya iqtisadi regionunda naviqasiya plomblarının tətbiq olunması, Şimali Makedoniya Respublikasında BYD kitabçası verən milli Birliyin yaradılması, BYD kitabçasının bazarlarda müdafiəsi və inkişafı üçün layihələrin təqdimatı və digər aktual məsələlər müzakirə edilmişdir.

 İclasda ABADA-nın Baş katibi Kənan Qurbanov iştirak etmişdir.