BSEC-URTA ABADA ilə əməkdaşlığı genişləndirir

15 Mart 2024 - 10:12

07 mart 2024-cü il tarixində onlayn rejimdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasiyalarının (BSEC-URTA) Konfederasiyasının İşçi Qrupunun növbəti iclası keçirilmişdir.

İclasda Region ölkələrində elektron əmtəə-nəqliyyat qaimələrinin (e-CMR) və BNF  çox tərəfli “İcazələrinin” elektron nəzarət və rəqəmsallaşdırılması (e-EKMT) məsələləri müzakirə olunmuşdur.

İclasda ABADA-nın Baş katibi Kənan Qurbanov iştirak etmişdir.