6 mart 2024-cü il tarixində “Türk Dövlətləri Təşkilatı”na üzv və müşahidəçi ölkələrin milli beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyalarının birgə iclası keçirilmişdir.
ABADA sözü gedən iclasda onlayn formatda iştirak etmişdir. İclasda TDT-nin 2023-2027-ci il dövrü üçün nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı, Proqramının həyata keçirilməsi üçün birgə tədbirlərinin görülməsi, nəqliyyat turlarının təşkili, Orta Dəhlizdə “Vahid rəqəmsal nəqliyyat sistem”inin yaradılması, türkdilli ölkələrin daşıyıcılarının prioritet istiqamətləri, infrastruktur layihələrinin inkişafı və digər aktual məsələlər müzakirə edilmişdir.
İclasda ABADA-nın Baş katibi Kənan Qurbanov iştirak etmişdir