Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında 1 mart 2024-cü il tarixində ABADA-da işçı görüş keçirilmişdir.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev və həmin şöbənin müdir müavini Azər Əliyev iştirak etmişdir.
Görüşdə beynəlxalq avtomobil daşımaları bazarında milli daşıyıcılarımızın payının artırılması, operatorların maraqlarının və mənafelərin qorunması, rəqabətlilik qabiliyyətlərinin, nəqliyyat xidmətlərinin etibarlılığının və kefiyyətinin yüksəldilməsi, defisit və xüsusi defisit “İcazə” blanklarının əmtəə-nəqliyyat qaiməsi əsasında verilməsi prosesinin avtodaşıyıcılara yaratdığı çətinliklər, avtodaşıyıcılarımızın xarici ölkələrdə və sərhəd-keçid məntəqələrində rastlaşdıqları çətinliklərin aradan qaldırması üçün birgə tədbirlərin görülməsi, dövlət-özəl əməkdaşlıq siyasətini inkişaf etdirilməsi və digər aktual məsələlər müzakirə olunmuş, ABADA ilə RİNN-nin əməkdaşlığının istiqamətləri müəyyən edilmişdir.