Hörmətli, daşıyıcılar! ABADA olaraq bildiririk ki, Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə xaricdə yaşayan və müvəqqəti olan soydaşlarımız səs verə biləcəklər. Artıq növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatıb. Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması təmin edilməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində yaradılan 49 seçki məntəqəsinin siyahısını təqdim edirik:
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələri barədə
M Ə L U M A T
Diplomatik nümayəndəlik və konsulluqlar
İtaliya
Koreya
Qazaxıstan (Astana)
Qətər
Qırğız
Latviya
Litva
Aktau
Alma-Atı
Belçika
Birləşmiş Ərəb Əmirlikləri (Abu-Dabi)
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Çexiya
Çin
Estoniya
Fransa
Gürcüstan (Tbilisi)
İordaniya
İspaniya
İsveç
İsveçrə-Bern
Niderland
Özbəkistan
Pakistan
Polşa
Dubay
Batumi
Almaniya
ABŞ (Vaşinqton)
Avstriya
Səudiyyə Ərəbistanı
Türkiyə (Ankara) – 2 məntəqə
Türkmənistan
Ukrayna
Yunanıstan
Los-Anceles
Təbriz
İstanbul – 2 məntəqə
Qars
Belarus
Moldova
Macarıstan
Rumıniya
Rusiya (Moskva) – 2 məntəqə
Sankt-Peterburq
Yekaterinburq