Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında T Ə L İ M A T

4 Fevral 2024 - 23:31

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 2003-cü il 27 iyun

tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş,

2013-cü il 18 iyun tarixli 6/56 saylı və

2016-cı il 26 iyul tarixli 10/43 saylı qərarları

ilə dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda

Azərbaycan Respublikası Prezidentinin seçkilərinin

təşkili haqqında

T Ə L İ M A T

Bu Təlimat Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan

Azərbaycan Respublikası vətəndaşlarının aktiv seçki hüququnun həyata

keçirilməsini tənzimləmək məqsədilə Azərbaycan Respublikası Seçki

Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.6-cı maddəsinə uyğun olaraq

hazırlanmışdır.

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan

Respublikası vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsinə

respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluq

idarələri cavabdehdirlər.

1.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya

uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan Respublikası

vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan

Respublikasının hüdudlarından kənarda daimi və daha çox yaşaması, habelə

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyələrdə olması faktı

əsas götürülür.

1.3. Səsvermə günü xarici dövlətlərdə Azərbaycan Respublikasının

diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul

idarəsində seçki (referendum) məntəqəsi (bundan sonra – seçki məntəqəsi)

yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının

vətəndaşları səsvermədə iştirak etmirlər.

2. Diplomatik nümayəndəliklərdə və konsul idarələrində seçki

məntəqələrinin yaradılması və səsvermənin təşkili

2.1. Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və

səslərin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə

2

Azərbaycan Respublikasının diplomatik nümayəndələrinin və ya konsul

idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı

50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.

2.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan

seçicilər seçki dairələri üzrə siyahıya alınırlar. Azərbaycan Respublikasının

hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici

ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik

nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı

haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan

Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası

həmin məlumatlar əsasında prezident seçkiləri və referendum zamanı

göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin

siyahılarını təsdiq edir.

2.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki

məntəqələri üzrə seçicilərin siyahıları Azərbaycan Respublikasının müvafiq

diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin seçicilər

haqqında verdikləri məlumatlar əsasında, səsvermə gününə azı 25 gün

qalmış müvafiq məntəqə seçki komissiyası tərəfindən təsdiq edilir.

3. Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birlikdə seçki

sənədlərinin diplomatik nümayəndəliklərdə və konsul idarələrində yerləşən

seçki məntəqələrinə çatdırılmasını təmin edir.

4. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası tərəfindən

səsverməyə yekun vurularkən xaricdə yerləşən seçki məntəqələrindən faks

vasitəsilə alınmış məlumatlar səsvermənin (referendumun) nəticələri

haqqında yekun protokoluna daxil edilir.

5. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki

məntəqələri, seçkilərin və səsvermənin (referendumun) nəticələri ilə bağlı

məlumatların dərci məsələsi yerli şərait nəzərə alınmaqla Azərbaycan

Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin və konsul

idarələrinin rəhbərləri tərəfindən həll edilir.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xaricdə yerləşən

diplomatik nümayəndəliklərdə və konsul idarələrində təşkil olunmuş seçki

məntəqələri ilə fasiləsiz əlaqə saxlanmasını təmin etmək üçün lazımi tədbirlər

görməlidir.