ABADA illik hesabatını təqdim etdi

28 Dekabr 2023 - 12:51

ABADA illik hesabatını təqdim etdi

 

2023-cü il ərzində görülən işlər haqqında qisa məlumat.

 

Birləşmiş Millətlər Təşkilatının ( BMT ) İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi ( e- SMR ) tətbiqi ilə bağlı, tədbirlərdə iştirak edilmişdir.

Rusiya Federasiyaının Sankt- Peterburq şəhərində keçirilmiş Beynəlxalq İqtisadi Forumçərçivəsində “ Şimal – Cənub ” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı, “Dəyirmi masada” iştirak edilmiş və məruzə ilə çıxış edilmişdir.

ABADA üzvlərinin ümümi yığıncaqlarının iclası keçirilmişdir.

Hər ay mütəmadi olaraq, ABADA – nın İdarə Heyətinin iclasları keçirilmişdir.

 

Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

 

Türkiyə Respublikası, Gürcüstan, Türkmənistan və İran İslam Respublikası nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edilmişdir.

1305- daşıyıcıya, 178 - operatorun məsul şəxsinə Beynəlxalq daşımalar haqqında təlim- tədris keçirilərək Şəhadətnamələr verilmişdir.

260 – daşıyıcıya təhlükləli yüklərin daşınması barədə təlim kursları keçirilərək, Şəhadətnamələr verilmişdir.

Beynəlxalq daşımaların inkişafı ilə əlaqədar, Nazirliyə təkliflər verilmişdir.

Təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvesiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması üçün Nazirliyə təkliflər verilmişdir.

10.1 2023-cü ildə daşıyıcılara 1235 ədəd “ TİR Karnet “ kitabçası verilmişdir.

 

11. Avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər

barədə və onların həlli məqsədilə Nazirliyə təkliflər verilmişdir.

 

12. “ Beynəlxalq Yük Daşınması “ ( BYD ) kitabçasının istifadəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər keçirilmişdir.

 

13. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ( QDİƏT ) üzvü ölkələrin Assosiasiyalarının Konfederasiyasının ( BSEC – URTA ) iclasında iştirak edilmişdir.

 

14. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının ( İRU ) Baş Assambleyasının iclasında iştirak edilmişdi.

 

15. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının ( İRU ) yaranmasının 75 illik yubley tədbirlərində iştirak edilmişdir.

 

16. “Xəzər Beynəlxalq Nəqliyyat , Tranzit və Logistika ” Formunda iştirak edilmişdir.

 

17. CLDP, USAD, İRU və GiZ bəynəlxalq təşkilatların təşəbbüsü ilə keçirilmiş Trans- Xəzər və Logistika bəynəlxalq iclasında iştirak edilmişdir.

 

18. 2023 –cü ilin oktyabr ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ( QDİƏT ) üzv ölkələrin Assosiasiyalarının Konfederasiyasının ( BSEC – URTA )Baş Assambleyasının 42-ci iclası ABADA- nı dəvəti ilə Bakı şəhərində keçirilmişdir.

 

İclasda İRU –nun Baş Katibi Pretto Umberto, 15 ölkənin Assosiasiyalarınınrəhbərləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük komitəsinin rəhbər işçiləri və digər nümayəndələr iştirak etmişdir.

 

Eyni zamanda ABADA-nın yaranmazsının 30 –illiyi təntənəli qeyd edilmişdir.