Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Assosiasiyalarının Konfederasiyasının (BSEC- URTA) Baş Assambleyasının 42-ci sessiayası çərçivəsində iştirakçılar Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər. Nümayəndə heyətinə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti cənab Həbib Həsənov və Ümumdünya Nəqliyyat Yolları Təşkilatının baş katibi cənab Umberto Depretto rəhbərlik edib. Əsas məqsədi Bakı Limanın avtomobil daşımalarındakı əhəmiyyətini və perspektivləri nəzərdən keçirmək olan səfər çərçivəsində qonaqlarla Limanının Əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah görüşüb. O, Bakı Limanında əməliyyatların icrasında operativliyin artırılması üçün tətbiq edilən yeniliklər, yaşıl logistik habın icrası üçün atılan addımlar, infrastruktur layihələri haqqında iştirakçılara məlumat verib.
Nümayəndə heyəti Bakı Limanında yüklərin daşınması imkanlarını və terminallardakı iş prosesini də birbaşa müşahidə ediblər.