Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasında (ABADA) Azərbaycanda 1993-cü ildən qeyd edilən Beynəlxalq Müəllimlər Günü münasibətilə təlimçi müəllimlərlə görüş keçirilib. Görüşdə ABADA rəhbərliyi və "Beynəlxalq avtomobil yük daşımaları həyata keçirən menecerlərin xüsusi hazırlığı üzrə təlim kursu"nun təhlükəli yükdaşımalar üzrə təlimçi müəllimləri iştirak edib. Assosiasiyanın baş katibi Kənan Qurbanov Assosiasiyanın fəaliyyətində müəllimlərin əməyinin yüksək qiymətləndirildiyini dilə gətirib. Bildirib ki, ölkə daşıyıcılarını bir araya gətirən təşkilat peşəkar sürücülərin yetişdirilməsində və sürücü çatışmazlığının aradan qaldırılmasında maraqlıdırır. K. Qurbanov ABADA-nın prezidenti Həbib Həsənovun xoş diləklərini görüş iştirakçılarına çatdırıb.