Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) “Hər sürücü bir qəhrəmandır” devizi altında bölgələrdə keçirdiyi görüşləri davam etdirir. Tədbirlər planına uyğun olaraq ABADA- nın rəhbəliyi və İdarə Heyətinin üzvləri ölkənin Şimal bölgəsi üzrə beynəlxalq avtomobil daşıyımaları fəaliyyəti ilə məşğul olan avtodaşıyıcılarla görüşüb. Görüşdə 20-dən artıq şirkətin nümayəndəsi və sürücü iştirak edib. Məqsəd, avtodaşıyıcıları fəaliyyətləri ilə bağlı rastlaşdıqları problemlər, beynəlxalq avtomobil daşıyımaları sahəsində yeni qəbul olunan normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.
ABADA-nın Baş Katibi Kənan Qurbanov Assosiasiyanın 6 ay ərzində heyata keçirdiyi tədbirlər, yeni lahiyələr və görülən işlər barədə hesabatla çıxış edib.
Görüşdə daşıyıcıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, verilən suallar cavablandırılıb. Peşəyə marağın artırılması üçün mütəxəssis rəyləri dinlənilib.
Yekunda beynəlxalq daşımalar sahəsində fərqlənən sürücülər mükafatlandırılıb.
Redaktorlar üçün qeyd : Yeni layihə - Sərhəd keçid prosedurlarının sürətləndiriləsi, gözləmə vaxtlarının qısaldıması məqsədilə tranzit bəyannaməsinin təminatı sənədinin onlayn rejimdə ABADA tərəfindən təmin edilməsi.