Tədbir iyunun 9-da Mərkəzi Asiya ilə Avropa arasında Orta Dəhlizinin əsas tranzit ölkəsi sayılan Gürcüstanın Batumi şəhərində də baş tutub. İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Katibinin müavini Dimitrios Rallis, BİRİ-nin Baş Katibi Umberto de Pretto, QDİƏT-in layihə koordinatoru Sergey Kravçenko, QDİƏT Baş Katibinin müşaviri, Natia Qaprindaşvili, UNECE Nəqliyyat Departamentinin Nümayəndə heyəti, Conatan Valdes, Sami Qanmi, Guillaume Gay, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Quru Nəqliyyatı Agentliyinin direktoru Levan Qamkrelidze və Gürcüstan Gömrük İdarəsinin rəis müavini İrakli Tevdoradze, Gürcüstan Vergi Xidmətinin Beynəlxalq Əlaqələr Departamentinin müşaviri, İrina Sigua və Türkiyə Ticarət Nazirliyinin Avropa İttifaqı üzrə eksperti Anıl Evmez iştirak edib. Azərbaycanı isə tədbirdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi vəzifəsini icra edən Kənan Qurbanov təmsil edib.
QDİƏT-URTA Baş Assambleyasının 41-ci iclasının gündəliyində aşağıdakı məsələlər müzakirə olunub:
Qara dəniz regionunda əsas yol-nəqliyyat dəhlizləri boyunca sərhəd-keçid məntəqələrində problemlər üzrə QDİƏT-URTA İşçi Qruplarının və nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması üzrə İşçi Qrupun fəaliyyətini müzakirəsi və təhlili, eyni zamanda QDİƏT-URTA-da davamlı logistikaya töhfə vermək.
ABADA, AEBTRI, CBRH, SMP və OFAE-yə Azərbaycan Respublikası, Bolqarıstan və Yunanıstan Respublikasının iştirakı ilə QDİƏT İcazə Layihəsini genişləndirmək üçün milli orqanlarla birgə işlərin sürətləndirilməsi.
QDİƏT-URTA Baş Assambleyasının 41-ci iclasında Sarp-Sarpi sərhəd-keçid məntəqəsinə səfər də qiymətləndirib və aşağıdakı nəticələrə gəlinib:
– Sarp-Sarpi sərhədindəki keçid məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi zərurəti.
– Gürcüstan və Türkiyə orqanlarının Vahid Pəncərə tətbiqi kimi müasir gömrük asanlaşdırma prosedurlarını tətbiq etmə zərurəti.
– Türkiyə və Gürcüstan limanları arasında Ro-Pax xidmətlərini inkişaf etdirməyin nəzərdən keçirilməsi.
UNECE-nin Dayanıqlı Nəqliyyat Departamentinin Direktoru Li Youwai İclas iştirakçılarına videomüraciətində e-TIR üzrə Konvensiya və UNECE-ni Baş Assambleyası zamanı qaldırılan suallara cavab vermək üçün TIR sisteminin əsas istifadəçiləri olan IRU Üzv Assosiasiyalarını görüşə dəvət edib.
Assambleyada ABADA -nın Baş Katibi vəzifəsini icra edən Kənan Qurbanov Gia Tsipuria (GIRCA) və İulian Postica (AITA) ilə birlikdə 2023-2024-cü illər üçün qurumun auditorları seçilib.
İclasda həmçinin Özbəkistan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (AIRCUZ) QDİƏT-URTA –ya müşahidəçi kimi qatılmasını açıqlayıb.
Qeyd edək ki, Assambleyanın növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı razılıq da əldə olunub.