ABADA-NIN RUSİYA FEDERASIYASINDA BAŞ VERƏN HADİSƏLƏRƏ GÖRƏ SÜRÜCÜLƏRƏ MÜRACİƏTİ

24 İyun 2023 - 15:41

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Rusiya Federasiyasında baş verən məlum hadisələrlə bağlı quruma üzv olan şirkətlərə və sürücülərə müraciət edir. Bildirilir ki, beynəlxalq daşımaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən yaranan suallarla bağlı ABADA-nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 169 ünvanında yerləşən ofisinə müraciət etmələri xahiş olunur. Həmçinin yarana biləcək çətinliklərlə bağlı Assosiasiyanın info@abada.az, www.abada.az internet resursları fəaliyyət göstərir. Eləcə də ABADA ilə (+994 50) 225-83-88, (+994 12) 464-88-31, (+994 12) 464-88-32 telefon, (+994 12) 464-88-29 faks nömrələri ilə əlaqə saxlamaq mümkündür.