BMT-nin Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsinin Avtomobil Nəqliyyatı üzrə İşçi Qrupunun eCMR Tətbiqi üzrə Ekspert Qrupu Beşinci sessiyası baş tutub. Aprelin 3-dən 5-ə qədər İsveçrənin Cenevrə şəhərində keçirilən sessiyada Almaniya, Latviya, Slovakiya, Sloveniya, İsveç, Türkiyə və Ukraynadan olan nümayəndə heyəti iştirak edib.
Azərbaycanı təmsil edən ABADA-nın Baş katibi vəzifələrini icra edən Kənan Qurbanov sessiyanın işi ilə bağlı fikirlərini bölüşüb, daşıyıcıları maraqlandıran məsələləri, biznes təkliflərini diqqətə çatdırıb. Sonda qərara alınıb ki, Ekspertlər Qrupunun beşinci iclasının son sessiyası bu ilin 5-7 iyul tarixlərində keçirilsin.