Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) növbəti dəfə "Beynəlxalq avtomobil yük daşımaları həyata keçirən menecerlərin xüsusi hazırlığı üzrə təlim kursu"na start verib. Mayın 20-dən başlanan onlayn kurslara 25 iştirakçı qatılıb. İRU tərəfindən akreditasiya edilən, 17 gün, ümumilikdə 80 saat təşkil edən kursu müvəffəqiyyətlə bitirən və imtahandan uğurlu nəticə əldə edən iştirakçılara CPC MANAGER diplomu verilir.
Qeyd edək ki, beynəlxalq CPC MANAGER Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU)-ya üzv 77 ölkəsi tərəfindən tanınır.