İRU-NUN BAŞ ASSAMBLEYASI KEÇİRİLİB

24 May 2023 - 17:04

Mayın 11-də Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU)-nun Baş Assambleyası keçirilib.  Qurumun iki Nəqliyyat Şurasının fəal üzvlərini, eləcə də assosiativ üzvlərini birləşdirən Assambleyada təşkilatın 75-ci Xartiyası qəbul olunub. Sənəddə avtomobil nəqliyyatının mühüm rolu, cəmiyyət və iqtisadiyyat üçün əhəmiyyəti əksini tapıb. 3,5 milyondan çox mobil logistika xidməti təminatçısı olan IRU Baş Assambleyası dövlətləri yol nəqliyyatı sənayesində ciddi sürücü çatışmazlığını həll etmək üçün xüsusi immiqrasiya siyasətlərinin işlənib hazırlanmasına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş Assambleyasında ölkəmizi ABADA təmsil edib.