echerha.gov.ua - Ukrayna sərhədində elektron növbə sisteminin təlimatı

11 May 2023 - 16:57

Ukraynanın qərb istiqamətində 16 keçid məntəqəsində eCherha elektron sistemini tətbiq edilməsinə başlanılıb.

Tətbiq vasitəsilə qeydiyyatdan keçdikdən sonra istifadəçinin növbədəki statusu, gedişi və keçid məntəqəsinə çatma vaxtı barədə bildiriş alacaq. Sərhəddə nəqliyyat vasitələri üçün elektron növbə sistemi daşıyıcılara əvvəlcədən müəyyən edilmiş vaxtda qeydiyyatdan keçib, buraxılış məntəqəsinə gəlməyə imkan verir.

https://echerha.gov.ua/ saytında qeydiyyatdan keçə bilərsiniz. Bu məktubun əlavəsində elektron xidmətin istismarı üçün ətraflı təlimatlar var.

Nəqliyyat vasitələrinin sürücüləri üçün "eCherha"nın üstünlükləri: sadə hərəkət alqoritmi, istifadəçinin minimum səyi və  vaxta qənaətdir. Biznes üçün üstünlüklər: fasilələrlə bağlı itkilərin azaldılması, biznes proseslərinin optimallaşdırılması, şəffaflıq və hamı üçün eyni qaydaların tətbiq olunmasıdır.

“ECherha” bütün nəqliyyat növləri üçün universal sistemə çevriləcək. Gələn həftədən yük maşını sürücüləri, iyul ayında avtobus sürücüləri, avqustda isə avtomobil sahibləri bundan istifadə edə biləcəklər. Məqsədimiz sərhəd keçidini mümkün qədər tez və rahat keçməyinizdir.

Təlimatı yükləmək üçün aşağıdakı E hərifinə basın