Bildiririk ki, 19 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyasiyası (ABADA) arasında görüş keçirilmişdir. Görüşdə avtodaşıyıcılarımızı maraqlandıran bir çox problemli məsələlər müzakirə edilərək müəyyən razılıqlar əldə olunmuşdur.
- ABADA-nın üzvlüyünə qəbul edilmiş hüquqi və fiziki şəxslər son 6 ay ərzində beynəlxalq avtomobil daşımaları sahəsində iştirak etdiyi barədə əmtəə-nəqliyyat qaimələrinin surətlərini təqdim edərsə, onun TIR sisteminə buraxılması üçün ABADA tərəfindən Dövlət Gömrük Komitəsinə müraciət göndəriləcək, həmin daşıyıcıların TIR sisteminə buraxılışı qısa müddət ərzində təmin olunacaqdır.
- Beynəlxalq yük daşımalarına Buraxılış vəsiqəsi almış hüquqi və fiziki şəxslərin ABADA üzvlüyünə qəbulu şərtləri sadələşdirilmişdir.