Hörmətli daşıyıcılar.
Məlum olduğu kimi 8 aprel 2023-cü il tarixində “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” qüvvəyə minəcəkdir. Həmin tarixdən sonra avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi yalnız buraxılış vəsiqəsi əldə edildikdən sonra mümkün olacaqdır. Buraxılış vəsiqəsinin alınması üçün zəruri sənədlərin hazırlanması məqsədilə müvafiq məsləhət xidmətləri ilə bağlı ABADA-nın törəmə şirkəti olan "ABADA Servis" MMC-yə müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 169