Polşa-Belarusiya ilə sərhəddə yük maşınlarının hərəkətini məhdudlaşdırıb

23 Fevral 2023 - 10:28

Polşa Daxili İşlər Nazirliyi fevralın 21-dən etibarən Belarusla sərhəddə daşımalar üçün fəaliyyət göstərən sonuncu Kukurıki-Kozloviçi sərhəd-keçid məntəqəsindən qonşu ölkəyə aid yük maşınlarının keçidinə qadağa qoyub. Sərhəd xidmətindən bildirilib ki, bundan sonra həmin məntəqədən yalnız Polşada, həmçinin Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası, Avropa İqtisadi Zonası ölkələrində və İsveçrədə qeydiyyata alınan yük avtomobilləri keçə biləcək.