ABADA-nın üzvü "Aztransavto" MMC-nin rəhbəri Dərgahov Orxan Şakir oğlu vəfat etmişdir. Mərhumun rəhbərlik etdiyi şirkət 15.08.2005-ci ildən ABADA-nın üzvüdür. Dərgahov Orxan ölkəmizin təcrübəli daşıyıcılarından olmaqla, həmkarları arasında müsbət işgüzar nüfuza malik olmuşdur. Mərhumun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.