"İcazə" blanklarının Fevral ayı üçün bölgü 82 (extra 1)

27 Yanvar 2023 - 15:51

Hörmətli daşıyıcılar 2023-cü ilin yanvar və fevral ayları üçün "İcazə" blanklarının bölgüsü aparılmışdır. Bölgü ilə bağlı təşkilati-texniki işlərin görülməsinə görə ABADA ilə xidmət müqaviləsi bağlamayan daşıyıcıların müraciətləri Bölgü Komissiyası tərəfindən nəzərə alınmış, lakin xidmət müqaviləsi bağlanılmadığına görə həmin daşıyıcıların müraciətləri baxılmadan saxlanılmışdır.

 

Avstriya ikitərəfli/transit, Litva ikitərəfli/tranzit, Litva 3-cü ölkə/ölkədən “İcazə”lərinin bölgüsü aparılmamışdır.

Bu “İcazə” blankları təqdim edilən təsdiqedici sənədlər əsasında veriləcəkdir.


2023-cü ilin yanvar-fevral ayları üzrə bölünmüş “İcazə” blankları fevral ayının sonuna qədər götürülmədikdə, həmin “İcazə” blankları növbəti ayın bölgüsünə daxil ediləcəkdir..