Məlum olduğu kimi, 27 May 2021-ci ildən etibarən ABADA ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında “avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalər sahəsi üzrə əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Memorandum beynəlxalq avtomobil daşımalarında dövlət-özəl tərəfdaşlığına əsaslanan geniş spektrli məsələləri əhatə edən əməkdaşlıq platformasının yaradılmasına səbəb olmuş, eyni zamanda “İcazə” blanklarının və BNF “İcazə”lərinin bölgüsündə şəffaflıq, ədalətlilik, rəqabət mühitinin qorunması kimi prinsiplər əsasında yeni mexanizmin tətbiqinə gətirib çıxartmışdır. Ötən müddət ərzində Memorandumun uğurla tətbiqi, onun qüvvəsinin 2023-cü ilə də tətbiqini tətikləmişdir. Qeyd edilənlərə uyğun olaraq 30 dekabr 2022-ci il tarixində ABADA və Nazirlik arasında 2023-cü ilə aid Memorandum imzalanmışdır. Memorandumun qüvvədə saxlanılması cari ildə də beynəlxalq avtomobil daşımaları sahəsində ABADA tərəfindən yerinə yetirilən dəstək tədbirlərinin davam etdirilməsinə imkan yaradacaqdır. ABADA olaraq hər zaman beynəlxalq avtomobil daşıyıcılarına hərtərəfli dəstəyi davam etdirəcəyik və bu istiqamətdə Nazirliklə əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.