Elan
Məlum olduğu kimi, 27 may 2021-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında “avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Memorandumun uğurlu icrası onun 2022-ci ildə də davam etdirilməsinə səbəb olmuş, 30 dekabr 2022-ci ildə Nazirlik və ABADA arasında Memorandumun 2023-cü il üçün də tətbiqi barədə razılıq əldə edilmişdir.
Ötən müddət ərzində ABADA tərəfindən Nazirliyin dəstəyi ilə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı istiqamətində ciddi tədbirlər görülmüş, “İcazə” blanklarının bölgüsü üçün Nazirlik, AYNA və ABADA tərəfindən ictimai iştirakçılıq prinsipləri əsasında Bölgü Komissiyası yaradılmış, ABADA həmin Komissiyanın fəaliyyətinin, eləcə də bölgünün təşkili üçün bütün zəruri təşkilati-texniki işləri yerinə yetirmiş, daşıyıcıların mütəmadi qaydada məlumatlandırılması və bölgü ilə bağlı izahların verilməsi üçün görüşlər keçirmiş, ABADA-nın saytı daşıyıcıların dolğun məlumatlandırılması məqsədilə interaktiv əsaslarla tam şəkildə yenidən qurulmuş, davamlı informasiya axınının təmin edilməsi üçün “daşıyıcıların SMS məlumatlandırılması” sistemi yaradılmış və “İcazə” blanklarının informasiya texnologiyaları tətbiq edilməklə bölünməsinə imkan verən proqram təminatı sifariş verilmiş və istifadəyə hazır hala gətirilmişdir. Bundan əlavə, ABADA çətinliklərlə üzləşən daşıyıcıların və beynəlxalq daşıma yerinə yetirən sürücülərə maddi dəstək tədbirləri də həyata keçirmişdir.
Məhz təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tədbirləri davam etdirmək məqsədilə Memorandum 2023-cü il üçün də imzalanmışdır.
Bu ildən etibarən daşıyıcılar “İcazə” blanklarının bölgüsü üçün ABADA tərəfindən sifariş verilmiş proqram təminatı vasitəsilə müraciət edə bilərlər.
Bölgü ilə bağlı müraciət qaydası və s.digər məsələlər haqqında zəruri məlumatları aşağıdakı linkdən əldə edə bilərsiniz.