ABADA-nın təşkilatçılığı ilə beynəlxalq avtomobil daşıyıcıları ilə BNF “İcazə”lərinin bölgüsü ilə bağlı görüş keçirilib. (BNF 2023)

30 Dekabr 2022 - 11:29

 
 
 
 
ABADA-nın təşkilatçılığı ilə beynəlxalq avtomobil daşıyıcıları ilə BNF “İcazə”lərinin bölgüsü ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev, ABADA-nın İdarə Heyətinin sədri Həbib Həsənov və Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini, Bölgü Komissiyasının sədri Azər Əliyev iştirak ediblər.
Nazir müavini Rəhman Hümmətov, “İcazə” blanklarının şəffaf və ədalətli bölgüsü ilə əlaqədar və son illərdə sahə üzrə Nazirliyin yürütdüyü işlər haqqında məlumat verib, prosesin daşıyıcıların qanuni mənafelərinə cavab verəcək şəkildə, tam şəffaf formada və rəqabət mühitinin qorunması ilə keçirildiyini bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev BNF “İcazə”lərinin bölgüsü ilə bağlı sənədlərin qəbulu, bölgünün aparılması qaydaları və Keyfiyyat Xartiyasının tələbləri haqqında daşıyıcıları məlumatlandırıb, eyni zamanda BNF “İcazə”lərinin bölgüsü və istifadəsi ilə bağlı daşıyıcıların suallarını cavablandırıb.
Bölgü Komissiyasının sədri Azər Əliyev bölgüdə tətbiq edilən düstur və metodlar haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən ABADA-nın İdarə Heyətinin sədri Həbib Həsənov prosesin tam şəffaf şəkildə aparılmasında Nazirliyin göstərdiyi dəstəyi vurğulayıb, ABADA tərəfindən bölgünün təşkili, eləcə də ötən müddət ərzində daşıyıcılara göstərilən dəstəklə bağlı həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarına məlumat verib. Eyni zamanda tədbirdə “İcazə” blanklarının və BNF “İcazə”lərinin bölgüsünün daşıyıcıların rahatlığını təmin edəcək tam elektron şəkildə aparılması üçün ABADA tərəfindən alınan proqram təminatının təqdimatı da həyata keçirilib. Həbib Həsənov daşıyıcılara ABADA-nın 2023-cü ildə həyata keçirməyi planlaşdırdığı tədbirlər, təşkilatın beynəlxalq əlaqələri və bu layihələrin daşıyıcılara faydaları barədə danışıb və müsbət nəticələr əldə edildiyinə görə Nazirlik və ABADA arasında imzalanan birgə əməkdaşlıq haqqında Memorandumun 2023-cü ildə davam etdiriləcəyi ilə bağlı da məlumat verib.