Bildiyiniz kimi
BNF "İcazə"lərinin bölgüsü ilə bağlı 2022-ci ilin 5 dekabr tarixinədək sənəd qəbulu həyata keçirilib. Müddət ərzində bölğü üçün 60 daşıyıcının müraciəti qeydə alınıb. Sənəd qəbulu ABADA tərəfindən Keyfiyyət Xartiyasının tələbləri əsasında aparılıb.
“Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” memorandumun tələblərinə uyğun olaraq, 8-9 dekabr 2022-ci il tarixlərində ABADA-nın inzibati binasında sözügedən bölgü ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması həyata keçirilib.
Prosesin tam şəffaf şəkildə həyata keçirilməsini təmin etmək üçün sənədlərin yoxlanılmasına Bölgü Komissiyası tərəfindən daşıyıcılar da cəlb edilib. Yoxlama prosesi bitdikdən sonra daşıyıcılara nəticələrlə bağlı məlumat veriləcək.