Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatı

17 Noyabr 2022 - 18:41

Hörmətli daşıyıcılar və sürücülər,

Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli, 149 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilmişdir.

Buraxılış Qaydalarının tələblərinə uyğun sənədlərin təqdim edilməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daşıyıcılara ötən dövr ərzində rəsmi məktublar göndərilmişdir. Bir çox daşıyıcı tərəfindən sənədlərin əsas hissəsi təqdim edilmişdir. Lakin bəzi daşıyıcılar tərəfindən sənədlər ya təqdim edilməmiş, ya da çox az sayda sənəd təqdim edilmişdir.

Bildiririk ki, operatorun məsul şəxsinin və sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan və digər sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməyə başlamayan daşıyıcıların “İcazə” blanklarının, eləcə də 2023-cü il üçün BNF "İcazə"lərinin bölgüsündə iştirakına məhdudiyyətlər tətbiq edilə bilər.