2023-cü il üçün BNF "İcazə"lərinin (ANNK jurnalları) bölgüsündə iştirak etmək üçün Keyfiyyət Xartiyasının tələblərinə uyğun olaraq, siyahıda göstərilən sənədlərin 25 noyabr 2022-ci il saat 17:00-dək ABADA-da təşkil olunmuş Bölgü Komissiyasına təqdim edilməsini xahiş edirik. Bildiririk ki, Beynəlxalq Nəqliyyat Forumu tərəfindən 2023-cü il üçün Azərbaycan Respublikasına ayrılması nəzərdə tutulan kvotalar yalnız Avro 5 və Avro 6 ekoloji normalara uyğun avtonəqliyyat vasitələri üçündür.