Özbəkistanda beynəlxalq yükdaşımalar sahəsinin mövcud vəziyyəti müzakirə olunub. Sentyabrın 27-dən 29-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində "Beynəlxalq avtomobil daşımaları: çağırışlar və imkanlar" adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların sürətləndirilməsi, bu sahədə mövcud problemlərin həlli yolları, beynəlxalq avtomobil daşımalarında istifadə olunan sənədlərin elektornlaşdırılması üzrə konkret layihələr müzakirə olunub. Beynəlxalq konfransda Azərbaycanı ABADA-nın rəhbər şəxsləri təmsil edib. Tədbir zamanı Azərbaycanın mövcud nəqliyyat-logistika imkanları, eləcə də, ABADA tərəfindən bu sahənin ölkədə inkişafı üçüb tətbiq edilən yeniliklərdən də bəhs edilib. Qeyd edək ki, tədbir Özbəkistan Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə təşkil edilib.