Hörmətli daşıyıcılar,
Məlum olduğu kimi, tələbin yüksək olması, eləcə də “İcazə” blanklarınn sayının az olması səbəbindən “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları xüsusi defisit kateqoriyasına aid edilib və hazırda yalnız orjinal “CMR” blankları əsasında verilir (“CMR”-də olan ştamplar nəqliyyat vasitəsinin daxil olduğu şirkətə aid olmalıdır).
Bununla əlaqədar olaraq, daşıyıcılar 14 fevral tarixindək (14 fevral da daxil olmaqla) yüklənən və Azərbaycan Respublikasının ərazisinə daxil olan nəqliyyat vasitələrində istifadə etmək üçün 14 fevral tarixindən etibarən orijinal “CMR” təqdim etməklə “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları üçün müraciət edə bilərlər.
Bir daha qeyd etmək istərdik ki, istifadə edilmiş “İcazə” blankları müvafiq qaydada geri qaytarılmalıdır.
Son bölgüdə şirkətə ayrılmış “İcazə” blanklarının istifadəsi haqqında məlumatlar təqdim edilməyənə qədər həmin şirkətə yeni blanklar verilməyəcəkdir.