Güzəştlərlə bağlı məlumat

Güzəştlərlə bağlı məlumat

 

Memorandumun əsas məqsədi avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları yerinə yetirən daşıyıcıların dəstəklənməsi, onların xarici ölkələrin daşıyıcıları qarşısında rəqabət qabiliyyətinin qorunması, beynəlxalq bazarlarda milli daşıyıcıların reytinqinin formalaşdırılması, bütövlükdə beynəlxalq daşımalarda Azərbaycan daşıyıcılarının xüsusi çəkisinin artırılmasıdır. Digər tərəfdən, Memorandum, sayı limitli olan “İcazə” blanklarının şəffaf şəkildə, ədalətli qaydada və daşıyıcılar arasında rəqabət mühitinin qorunması şəraitində aparılmasını da hədəfləyir.

Qeyd edilən məqsədlərə nail olunması üçün, həmçinin daşıyıcıların beynəlxalq daşıma sənədlərindən istifadəsini genişləndirmək niyyətilə ABADA tərəfindən BYD kitabçalarının qiymətində 20 %, T1 sənədinin qiymətində isə 10 % endirim edilmişdir. Bundan əlavə “İcazə” blanklarının bölgüsü ilə bağlı tətbiq olunan xidmət haqqında aşağıdakı şərtlərlə güzəştlərin edilməsi də qərara alınmışdır:

  • ABADA üzvlərinə aylıq xidmət haqqı paketi üzrə 5 %-lik   güzəşt;
  • Hər ay 5-dən artıq BYD kitabçası alan daşıyıcıya  xidmət haqqı paketi üzrə 5 %-lik güzəşt;
  • Hər ay 5-dən artıq T1 sənədi alan daşıyıcıya xidmət haqqı paketi üzrə 5 %-lik güzəşt.