İcazə Paketləri eng

Məlumat

 

Məlum olduğu kimi 27 may 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında Memorandum imzalanmışdır. Memorandum avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində geniş miqyaslı əməkdaşlığı nəzərədə tutmaqla yanaşı “İcazə” blanklarının bölgüsündə yeni mexanizmin tətbiqini də əhatə edir.

ABADA “İcazə” blanklarının bölgüsü ilə bağlı təşkilati-texniki işləri öz üzərinə götürmüş, bununla əlaqədar daşıyıcıların mütəmadi qaydada məlumatlandırılması üçün SMS sistemi yaradılmış, bölgünün aparılması üçün informasiya sistemləri formalaşdırılmış, daşıyıcılara mütəmadi olaraq təşkilati dəstək verilmiş, Bölgü Komissiyasının fəaliyyətinin təşkili məqsədi ilə zəruri işlər görülmüş, eyni zamanda bölgünün müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilməklə aparılması üçün sifariş əsasında proqram təminatı yaradılmışdır.

Memoranduma əsasən “İcazə” blanklarının bölgüsü ilə bağlı zəruri texniki-təşkilati işlər ABADA tərəfindən həyata keçirilir. Bölgü ilə bağlı daşıyıcılara daha keyfiyyətli xidmətlərin təqdim edilməsi, daha çevik müraciət mexanizmlərinin tətbiqi, bütövlükdə bölgü prosesinin daha effektiv təşkili, tələbatdan artıq sayda sifarişlərin verilməməsi məqsədilə ABADA tərəfindən “bölgü üzrə müraciət paketləri” formalaşdırılmışdır. Belə ki, daşıyıcılar ərizə-öhdəçilik müraciətlərindəki icazələrin sayına uyğun aylıq sifariş paketlərini də əldə etdikdən sonra bölgüyə buraxılacaqlar. Tətbiq olunan qayda ABADA-ya bölgü prosesinin operativ və asan şəkildə keçirməyə şərait yaratmaqla yanaşı, müvafiq ölkələrin “İcazə” blanklarına olan real tələbatı müəyyənləşdirməyə də imkan yaradacaqdır. Müraciət paketləri aşağıdakı kimi müəyyən edilmişdir:

 

 

Paketlər

"İcazə" Blankları sifarişinin sayı

Müraciət paketi üzrə cəm xidmət haqqı (manat)

Müraciət paketi üzrə xidmət haqqı (manat)

ən çox

ən az

1

1

5

6,0

30

2

6

10

6,0

60

3

11

20

5,8

115

4

21

30

5,7

170

5

31

50

5,4

270

6

51

80

5,3

425

7

81

100

5,1

510

8

101

200

5,0

1000

9

201

300

4,8

1440

10

301

400

4,6

1840

11

401

500

4,5

2250

12

501

600

4,4

2640

13

601

700

4,3

3000

14

701

800

4,2

3350

15

801

1000

4,0

4000

 

Link