Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Memorandumum müddəti uzadılıb.

January 05, 2022 / Xəbərlər

 

WhatsApp Image 2022-01-05 at 16.53.05.jpeg

 

Beynəlxalq daşımaların avtomobil nəqliyyatı növündə iqtisadi vasitə sayılan “İcazə” blanklarının daşıyıcılar arasında bölüşdürülməsinə dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA İctimai Birliyi arasında imzalanmış memorandumum müddəti uzadılıb.

Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşma sənədi avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaratmağa hədəflənib.

Memoranduma əsasən, kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə” blanklarının eləcə də, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün istifadə olunan, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi və həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün qəbul edilən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi bu il də ABADA-nın nəzdində yaradılan Xüsusi Komisssiya tərəfindən icra ediləcək.

Qeyd edək ki, “İcazə” blanklarının bölgüsünün təkmilləşdirilməsi ehtiyacını nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABADA İctimai Birliyi arasında “avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” ilk Memorandum 27 may 2021-ci tarixində imzalanıb.

Yeni razılaşma ilə ötən il imzalanan bütün şərtlər və qaydalar qüvvədə qalacaq. Ötən ilki memorandumdan irəli gələn, qarşıya qoyulan hədəflərə və şərtlərə isə tam əməl edilib.

 -        “İcazə” blanklarının bölgüsünü həyata keçirmək üçün Xüsusi Komissiya formalaşdırılıb.

-         “İcazə” blanklarının bölgüsü ilə bağlı reqlament müəyyən edilib.

-         Nağdsız ödəniş sisteminə tam keçid edilib.

-         Yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılıb.

-         Beynəlxalq avtomobil daşımaları bazarı barədə toplanan datanın hesabına “İcazə” blanklarının daşıyıcılar arasında bölgüsünün narazılığı minimuma endirəcək dəqiq meyarları müəyyən olunub.

-         Beynəlxalq daşımalar bazarı barədə aparılmış təhlillər nəticəsində uzunmüddətli perspektivdə bu sahədə yeni yanaşmaların formalaşdırılması üçün baza yaradılıb.

-         Avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması üçün zəruri şərait yaradılıb.

 

Qeyd edək ki, ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir. ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib. Birliyin avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların yerli və beynəlxalq səviyyədə təmsil olunması ilə bağlı çoxillik təcrübəsi və müsbət işgüzar nüfuzu vardır. Birlik Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.



 

Carnet No. Volets Type Issue Date Expiry Date