Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











BNF "İcazə"lərinin yekun bölgüsü haqqında məlumat

January 06, 2022 / Xəbərlər

 

Hörmətli daşıyıcılar!

2022-ci il üçün illik BNF "İcazə"lərinin yekun bölgüsü aparılmışdır. Bölgüyə əsasən daşıyıcılara ayrılmış BNF “İcazə”lərinin cari ilin 31 yanvar tarixinədək götürülməsi xahiş olunur. BNF “İcazə”ləri bu tarixədək götürülmədiyi təqdirdə bölgü nəticələri ləğv olunacaqdır.

BNF "İcazə"ləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınan zaman daşıyıcıya bölünmüş hər icazə sayı qədər rəsmi dillerdən alınan ekoloji normanı təsdiq edən sertifikat təqdim olunmalıdır.

Diqqətinizə çatdırırıq ki, Rusiya 3-cü ölkə/ölkədən “İcazə” blanklarının bölgüsü zamanı daşıyıcılara verilmiş Rusiya açıq BNF “İcazə”lərinə münasibətdə 0.85-1.0 əmsal tətbiq olunmaqla müvafiq sayda “İcazə” blankları bölgü ilə müəyyən ediləcək saydan çıxılacaqdır.

 

Qeyd: “RGroup” MMC tərəfindən davamlı olaraq Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinə əks olan, eləcə də aidiyyəti dövlət orqanının fəaliyyətinin ahənginə mənfi təsir göstərən hərəkətlərə yol verildiyini nəzərə alaraq, həmin şirkətə münasibətdə illik BNF "İcazə"lərinin bölgüsü aparılmamışdır.

 

Screenshot 2022-01-06 213859.png


 

Carnet No. Volets Type Issue Date Expiry Date