Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











BNF "İcazə"lərinin yeni bölgü şərtləri haqqında məlumat

December 30, 2021 / Xəbərlər

 

Hörmətli daşıyıcılar!

2022-ci il üçün BNF "İcazə"lərinin ilk üç bölgünün heç birisində iştirak etməyən nəqliyyat vasitələrinə münasibətdə icazələrin yeni bölgüsü yanvar ayının 10 qədər aparılacaqdır.

BNF "İcazə"ləri nəqliyyat vasitələrinin sayından asılı olaraq texniki pasport və avtomobilin mülkiyyətçisi ilə arasında istifadə hüququnu təsdiq edən sənəd (müqavilə) təqdim edən daşıyıcılar arasında bölüşdürüləcəkdir.

BNF "İcazə"ləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınan zaman daşıyıcıya bölünmüş hər İcazə sayı qədər rəsmi dillerdən alınan ekoloji normanı təsdiq edən sertifikat təqdim olunmalıdır.

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində ilkin hesablamaların aparılması nəzərə tutulur.

Qeyd: Daşıyıcılara ayrılmış tələbatı yüksək və sayı xüsusilə məhdud olan Rusiya açıq BNF “İcazə”lərinin mütəmadi monitorinqi aparılacaqdır. Monitorinq zamanı, Rusiya açıq BNF “İcazə”ləri bu ölkə vasitəsilə həyata keçirilən daşımalarda (Rusiyadan üçüncü üzv ölkələrə və üçüncü üzv ölkələrdən Rusiyaya daşımalarda) istifadə edilməyəcəyi təqdirdə geri tələb olunacaq və bu məqam gələcək bölgülərdə də nəzərə alınacaqdır.



 

Carnet No. Volets Type Issue Date Expiry Date