Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











"İcazə" blankları bölgüsünün sentyabr ayı üçün cədvəli 13

September 21, 2021 / Xəbərlər

20 sentyabr 2021-ci il tarixində ABADA-nın nəzdində Xüsusi Komissiya 2021-ci ilin sentyabr ayı üçün Rusiya III ölkə “İcazə” blanklarının bölgüsünü aparmışdır.

Komissiyanın işində Komissiya üzvlərinin tam tərkibi ilə yanaşı ictimai nəzarətin təşkil edilməsi məqsədilə “Okeantrans” MMC-nin, “R Trans” MMC-nin, Pərviz İKF-in, “Az-Forvard” MMC-nin və “Qarabağ Transport” MMC-nin rəhbərləri və nümayəndələri də iştirak etmişlər.

Nəticədə 33 daşıyıcıya Rusiya III ölkə məhdudiyyətsiz “İcazə” blankı, 31 daşıyıcıya isə Rusiyaya  İrandan daşımaları üçün III ölkə “İcazə” blankı bölünmüşdür. 

Ötən müddət ərzində daşıyıcılara “İcazə” blanklarInın bölgüsü ilə bağlı şərtlər ətraflı izah edilmişdir.

Hazırki bölgü daşıyıcıların istifadəsində olan avtonəqliyyat vasitəsinin sayına, ötən 3 ay ərzində alınmış Rusiya III ölkə “İcazə”lərinin qaytarılma və ya istifadəsini təsdiq edən əsaslara, ənənəvi istiqamətlər üzrə daşımların reytinqinə uyğun əmsallardan istifadə etməklə riyazi hesablamalarla bölgü həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndinə əsasən “İcazə” blankları istifadə edildikdən sonra təhvil verilməlidir. “İcazə” blanklarının istifadə edildikdən sonra geri qaytarılması barədə qanunvericiliyin istinad edilən norması daşıyıcılara “İcazə” blankları verilərkən xüsusi bildirişlə, onların mobil nömrələrinə sms göndərilməklə, eləcə də ABADA-nın saytında məlumat yerləşdirilməklə bildirilmiş, bu qaydaya əməl etməyən daşıyıcıların müraciətlərinin Xüsusi Komissiya tərəfindən baxılmadan saxlanılacağı izah edilmişdir.  

Qeyd edilənləri nəzərə alaraq, bildiririk ki, ABADA-nın nəzdində Xüsusi Komissiya 2021-ci ilin sentyabr ayı üçün Rusiya III ölkə “İcazə” blanklarının bölgüsünü apararkən istifadə edilmiş “İcazə” blankları haqqında məlumatları təqdim etməyən şəxslərin müraciətləri baxılmadan saxlanılmışdır.

Bundan əlavə bildiririk ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsaslanmaqla beynəlxalq yükdaşımalarının yerinə yetirilməsi üçün qanuni əsaslarla istifadəsindəki avtonəqliyyat vasitələri barədə məlumat verməyən şəxslərin müraciətləri də baxılmadan saxlanılmışdır.

Bir daha daşıyıcıların nəzərinə çatdırırıq ki, istifadə olunmuş “İcazə”lər barədə məlumatların DANX-a operativ təqdim edilməsini təmin etsinlər. Həmçinin real planlaşdırılmış daşımlara uyğun “İcazə”lərə sifariş versinlər. Yaxın gələcəkdə nəzərdə tutulmayan daşımalara “İcazə” sifariş edib alınması digər daşıyıcıların təminatında problemlər yaranmasına səbəb olur.

DANX və ABADA ilə birlikdə milli daşıyıcılarımızın “İcazə”lərlə tam təmin olunması üçün zəruri təbdirlər görür və bununla əlaqədar mütəmadi olaraq bütün daşıyıcılar məlumatlandırılacaqdır.

2021-09-23_18-22-28.png

Carnet No. Volets Type Issue Date Expiry Date