Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











"İcazə" blankları bölgüsünün sentyabr ayı üçün cədvəli 11

September 01, 2021 / Xəbərlər

 

ABADA-nın nəzdində Xüsusi Komissiya 2021-ci ilin sentyabr ayı üçün “İcazə” blanklarının bölgüsünü aparmışdır.


“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsaslanmaqla beynəlxalq yükdaşımalarının yerinə yetirilməsi üçün qanuni əsaslarla istifadəsindəki avtonəqliyyat vasitələri barədə məlumat verməyən şəxslərin müraciətləri baxılmadan saxlanılmışdır.
Daşıyıcıların diqqətinə çatdırılır ki, “İcazə” blankları istifadə edildikdən sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.3-cü bəndinə əsasən ən geci 2 ay müddətində təhvil verilməlidir. “İcazə” blankları verilərkən daşıyıcılar bu barədə məlumatlandırılmış, eləcə də müxtəlif texniki vasitələrlə onlara bu haqda bildrişlər göndərilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, bildiririk ki, 2021-ci ilin sentyabr ayı üçün bölgüsü aparılmış “İcazə” blanklarının alınması üçün 2021-ci ilin iyun, iyul, avqust aylarında verilmiş və istifadə edilmiş “İcazə” blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təhvil vermək zəruridir.
Bu qaydaya əməl etməyən daşıyıcılara münasibətdə 2021-ci ilin sentyabr ayı üçün bölgünün nəticələri nəzərə alınmayacaq.

 

31.08.2021.PNG

Carnet No. Volets Type Issue Date Expiry Date