Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Türkiyə Beynəlxalq Daşıyıcıları Dərnəyi (UND) tərəfindən müraciət

August 02, 2021 / Xəbərlər

WhatsApp Image 2021-08-02 at 12.25.59.jpeg

WhatsApp Image 2021-08-02 at 12.26.00.jpeg

WhatsApp Image 2021-08-02 at 12.26.00(1).jpeg

 

Türkiyənin Manavqat qəsəbəsində baş verən meşə yanğınları ilə əlaqədar iki gün əvvəl Türkiyə Beynəlxalq Daşıyıcıları Dərnəyi (UND) tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edilib. UND-nin fəallarından və regional rəsmilərindən olan Abdulla Özər Türkiyəyə gedən yardım və  kömək eşalonuna dəstək üçün müraciətdə öz imkanlarını təklif edib. Bu təklif istənilən texniki və nəqliyyat dəstəyi, onların qida və digər ehtiyaclarını qarşılamaq və onları müşayiət etməkdən ibarət olacaqdı. Dərhal ABADA ( Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası) ilə əlaqə saxlanılıb və müraciət yönəldilib. Türkiyəyə kömək üçün gedən heyət üzvlərimiz təklifdən dolayı təşəkkür edərək, hökümətlərarası razılığa əsasən rəsmi Türkiyənin bütün ehtiyacları qarşıladığını bildirdilər. UND- nin rəsmisi Abdulla Özərə təklifindən dolayı təşəkkür edirik. Abdulla Özər sərhəddə dəstəyə gələn Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarını öz yük maşınını bayraqlarımızla bəzəyərək qarşılayıb. Günlərdir iki qardaş ölkə bir-birinə ən çətin sınaqlarda dəstək çıxaraq, dünyaya həmrəylik mesajı verir. Tezliklə bu sınaqdan da alnı açıq çıxmaq ümidi ilə!

Carnet No. Volets Type Issue Date Expiry Date