Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











ABADA, BSEC URTA və TOBBUND Lojistik Yatırım AŞ arasında görüş

April 14, 2021 / Xəbərlər

 

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi (BSEC URTA) və Türkiyənin “TOBBUND Lojistik Yatırım AŞ” şirkəti arasında onlayn görüş keçirilib.

WhatsApp Image 2021-04-14 at 14.32.39(1).jpeg

ABADA-nın, BSEC URTA-nın, “TOBBUND Lojistik Yatırım AŞ” şirkətinin rəhbərliyinin və digər rəsmilərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın beynəlxalq avtomobil daşıyıcıları tərəfindən Türkiyə ərazisindən keçməklə Avropa İttifaqı dövlətlərinə və əks istiqamətdə daşımaların daha səmərəli təşkili, daşıyıcılar üçün daha əlverişli şəraitin yaradılması ilə bağlı məsələlər müzakirə edilib, mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin müasir informasiya-kommunikasiya texnologiyalarının beynəlxalq avtomobil daşımalarında tətbiqi məsələləri, eləcə də elektron TİR, elektron CMR sistemlərinin perspektivləri ətrafında müzakirələr edilib. Görüşün birinci hissəsində QDİƏT-URTA ilə ABADA(Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ) arasında “TOBB-UND” əməkdaşlıq modeli müzakirə edilib. Görüşün ikinci hissəsində ABADA ilə İRU arasındakı münasibətlərin müzakirəsi olub. Görüşdə  xanım Aslı Çalık, cənab Eduard iştirak edib.

WhatsApp Image 2021-04-14 at 14.32.39.jpeg



 

Carnet No. Volets Type Issue Date Expiry Date