Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Bolqarıstan magistral yolları üçün yol keçid markaları

January 17, 2019 / Xəbərlər

 

 

1 yanvar 2019-cu il tarixindən etibarən qüvvəyə minəcək: Bolqarıstan magistral yolları üçün yol keçid markalarının satışı və yoxlanışı prosesi ilə bağlı yeni qaydalar.

 

Bolqarıstan mediasında çıxan xəbərlərə istinadən nəzərinizə çatdırırıq ki, Bolqarıstan magistral yolları üçün yol keçid markalarının (vinyet) satışı və yoxlanışı onlayn rejimdə aparılacaqdır. 17 dekabr 2018-ci il tarixindən etibarən satışına başlanılmış e-vinyetlər 1 yanvar 2019 tarixindən etibarən tətbiq olunacaqdır. Bu səbəbdən Bolqarıstan vasitəsilə Avropa ölkələrinə səfər edəcək və geri dönəcək sürücülər artıq internet və ya mobil proqram vasitələrlə sözügedən e-vinyetləri təmin etməlidir.

 

Dövlət rəsmiləri tərəfindən mediaya verılən məlumatda yeni sıstem vasitəsilə nəzarətin asanlaşdırılmasının hədəfləndiyi və e-vinyetlərin yoxlamasının avtomatik nömrə oxuyucu kameralar hesabına təmin ediləcəyi bildirilmişdir. Yoxlamalar üçün 300 sabit və 105 mobil kameradan istifadə olunacaq, cərimələr isə yerinda yalnız bank kartı vasitəsilə və ya sərhəd keçid məntiqilərində nağd olaraq ödənilacəkdir Məlumatlarda vinyetsiz idarə olunmaya görə sürücülərin nəqliyyat vasitəsinin ağırlığına müvafiq olaraq 35-90 avroya müqabil məbləğdə cərimə olunacaqları bildirilmişdir.

 

Nəqliyyat vasitələrinin sahibləri e-vinyetləri bgtoll.bg saytı və ya mobil proqram vasitəsılə əldə edə və Bolqarıstana daxilolma tarixinə görə onları aktivləşdirə bilərlər Əgər sürücü öncədən

kağız vinyet alıblarsa və onun müddəti 1 yanvar 2019-cu il tarixdən sonrakı dövrü əhatə edirsə. sürücü həmin vinyeti qüvvədə olma müddəti başa çatanadək istifadə edə bilər

 

 

Carnet No. Volets Type Issue Date Expiry Date